Evdən 70 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Evdən 70 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib Bakıda oğurluq etməkdə təqsirləndirilən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
2 Aprel , 2019 15:07
Evdən 70 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakıda oğurluq etməkdə təqsirləndirilən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli Vazeh Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi