Bakıda evdən 6 000 manatlıq oğurluq edildi

Bakıda evdən 6 000 manatlıq oğurluq edildi Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
22 Dekabr , 2020 12:10
Bakıda evdən 6 000 manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan V.Mirzəyevin ətrafında Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsazadə ilə birgə rayon ərazisindəki evlərin birindən 6 080 manat dəyərində noutbuk, oyun aparatı, sənəd, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə N.İsazadə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi