Bakıda evdən 1000 manatlıq inşaat materialları oğurlanıb

Bakıda evdən 1000 manatlıq inşaat materialları oğurlanıb Bakıda evin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlanıb.
Hadisə
10 Oktyabr , 2019 12:13
Bakıda evdən 1000 manatlıq inşaat materialları oğurlanıb

Bakıda evin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da rayon ərazisindəki evlərdən birinin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakinləri olan 1 yeniyetmə və əvvəllər məhkum olunmuş O.Rzayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi