Bakı. 18 aprel. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonunda evdən oğurluq olub.
“Report”un xəbərinə görə, E.Süleymanov küçəsindəki evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Asif Səfərovun evindən açarseçmə yolu ilə 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.