Bakıda evdən 1 000 manat pul oğurlandı

Bakıda evdən 1 000 manat pul oğurlandı Bakıda evdə oğurluq hadisəsi baş verib.
Hadisə
18 Sentyabr , 2020 13:16
Bakıda evdən 1 000 manat pul oğurlandı

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki evlərin birindən 1 000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi