Yuxarı
    Bağlamaq

    Bakıda evakuator qəzaya uğrayıb, xəsarət alan var

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır

    Bakı. 25 may. REPORT.AZ/ Bakıda evakuator maşını qəzaya uğrayıb.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

    Belə ki, Xaçmaz rayon sakini İbadulla Absəlimovun idarə etdiyi “Renault” markalı evakuator Məlahət Məsimovanın idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub. Nəticədə M.Məsimovanın sərnişini Kəmalə Tatarova xəsarət alıb.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi