Bakıda ev yanıb, bir nəfər xəsarət alıb
Hadisə
27 noyabr 2014
15:24


Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin tavanı və qapısı 6 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
