Bakıda ərəb turistləri soyan şəxsin məhkəməsi başlayıb

Bakıda ərəb turistləri soyan şəxsin məhkəməsi başlayıb Bakıda ərəb turistlərə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Ağarəhim Miriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 Oktyabr , 2019 09:31
Bakıda ərəb turistləri soyan şəxsin məhkəməsi başlayıb

Bakıda ərəb turistlərə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Ağarəhim Miriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Aytən Əliyevanın icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə avqustun 28-də, saat 21:10 radələrində baş verib.

Səudiyyə Ərəbistanı vətəndaşları Badir Səidan Nəib Ələshaibani və Feysəl Həyf Cəmal Əlqəhtani Nigar Rəfibəyli küçəsində gəzərkən naməlum şəxs Cəmalın əlindən çantasını alaraq hadisə yerindən uzaqlaşıb. Turistlərin polisə verdiyi məlumata əsasən, çantada 100 manat, 100 dollar və 200 rial olub.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsi əməkdaşlarının apardığı operativ-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1996-cı il təvəllüdlü Miriyev Ağarəhim Şahin oğlu saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 180.1 (soyğunçuluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi