Bakıda əcnəbi vətəndaş idman edərkən ölüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 16-sı səhər saat 06:30 radələrində paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin yaxınlığında yerləşən Ağ şəhər bulvarında qeydə alınıb.
Belə ki, Küveyt vətəndaşı, 1964-cü il təvəllüdlü Faisal Aha Albahar idmanı məqsədilə qaçarkən qəflətən ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.