Yuxarı

Bakıda əməkhaqqılarını ala bilməyən 4 fəhlə intihara cəhd edib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda əməkhaqqılarını ala bilməyən 4 fəhlə intihara cəhd edib - FOTO - VİDEO - YENİLƏNİB
Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib
© Report/Elçin Murad

Video əlavə olunub


*** 16:56

Bakı. 27 avqust. REPORT.AZ/ “Xətai life” tikinti şirkətinin 4 işçisi intihara cəhd edib.

“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi - 17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqqılarının verilməməsi ilə izah ediblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.

Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi