Bakıda əlil qadının evindən oğurluq olub - FOTO

Bakıda əlil qadının evindən oğurluq olub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Mart , 2015 15:46
Bakıda əlil qadının evindən oğurluq olub - FOTO

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda oğurluq hadisəsi baş verib. "Report"un məlumatına görə hadisə Nizami rayonunun Bəhruz Nuriyev 55 ünvanında qeydə alınıb. Hadisə baş verən zaman mənzildə heç kim olmayıb.

Mənzildən 1700 manat, 350 ABŞ dolları, 4000 türk lirəsi, ümumi dəyəri 1000 manat olan qızıl-zinət əşyaları və 2 cüt ayaqqabı oğurlanıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, oğurluq baş verən mənzil II qrup əlil Almaz Qiyasovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi