Bakıda elektrik lampası bağlayan şəxs yıxılaraq ağır xəsarət alıb

Bakıda elektrik lampası bağlayan şəxs yıxılaraq ağır xəsarət alıb O, şüşə parçasının üzərinə düşüb
Hadisə
19 Oktyabr , 2016 17:56
Bakıda elektrik lampası bağlayan şəxs yıxılaraq ağır xəsarət alıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda 45 yaşlı kişi mənzilində lampa dəyişərkən şüşə parçasının üzərinə yıxılıb.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunun Şüvalan qəsəbəsində qeydə alınıb. Burada 1971-ci il təvvəllüdlü Sahib Nuriyev sahibi olduğu mənzildə çılçırağın elektrik lampalarını yenisi ilə əvəzləmək istəyib. O ehtiyatsızlıqdan yıxılaraq yerdəki şüşə parçasının üzərinə düşüb. Nəticədə S.Nuriyev qarın nahiyyəsindən ağır xəsarət alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti orta-ağırdır.   

Son xəbərlər

Orphus sistemi