Yuxarı
    Bağlamaq

    Bakıda traktoru daşıyan evakuator aşıb - FOTO

    Hadisə Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında baş verib

    Bakı. 19 avqust. REPORT.AZ/ Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtomobil qəzası baş verib.

    "Report" xəbər verir ki, MAN markalı "90-JV-865" dövlət qeydiyyat nişanlı evakuator dönmə əməliyyatını yerinə yetirərkən üzərində olan tırtıllı traktor aşıb.

    Hadisə şahidləri MAN-ın yüksək sürətlə dönmə manevri etdiyini, bu zaman traktorun tırtılının qırıldığını və nəticədə onun yerə düşdüyünü bildiriblər.

    Qəza nəticəsində xəsarət alan olmasa da, yol təsərrüfatına ziyan dəyib. Həmçinin yol-hərəkəti nişanları yararsız vəziyyətə düşüb.

    Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi