Bakıda əcnəbi vətəndaşın pulqabısı əlindən alınıb

Bakıda əcnəbi vətəndaşın pulqabısı əlindən alınıb Bakıda əcnəbi vətəndaşın pulqabısı əlindən alınıb.
Hadisə
1 Fevral , 2020 12:57
Bakıda əcnəbi vətəndaşın pulqabısı əlindən alınıb

Bakıda əcnəbi vətəndaşın pulqabısı əlindən alınıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə (PB) müraciət edən əcnəbi vətəndaş yanvarın 31-i saat 3 radələrində H.Z.Tağıyev küçəsində 2 nəfərin ondan içərisində 1 800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib. 

Dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi