Bakıda əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən oğurluq edilib

Bakıda əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən oğurluq edilib Bakıda əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən oğurluq edilib.
Hadisə
21 Noyabr , 2019 14:32
Bakıda əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən oğurluq edilib

Bakıda əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi