Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib

Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib.
Hadisə
30 Oktyabr , 2019 12:23
Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib

Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi