Bakıda dünya və Avropa çempionu bıçaqlanıb - FOTO

Bakıda dünya və Avropa çempionu bıçaqlanıb - FOTO Onun vəziyyəti ağırdır
Hadisə
13 Dekabr , 2016 11:24
Bakıda dünya və Avropa çempionu bıçaqlanıb - FOTO

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda idmançı bıçaqlanıb.

"Report"un xəbərinə görə hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Aslan Nurəddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Qeyd edək ki, A.Rüstəmov Pankration döyüş növü üzrə iki dəfə Avropa çempionu, üç dəfə dünya çempionu olub. Hazırda o, pankration döyüş növü üzrə məşqçi kimi işləyir.

Son xəbərlər

Orphus sistemi