Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda, Əliyar Əliyev küçəsi 114 ünvanında, zibil qutusunun yaxınlığında sellofan torbada istifadəyə yararlı silah-sursat aşkar edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb olunub.
Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanmış istifadəyə yararlı olan 2 ədəd F1 əl qumbarası və 2 ədəd qumbara zapalı aidiyyəti üzrə təhvil verilib.
Mütəxəsislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.


