Bakıda dostunu öldürən şəxs məhkəmədə ifadə verib: "Vurandan sonra bıçaq qırıldı"

Bakıda dostunu öldürən şəxs məhkəmədə ifadə verib: "Vurandan sonra bıçaq qırıldı" Bakı. 15 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
15 May , 2018 13:13
Bakıda dostunu öldürən şəxs məhkəmədə ifadə verib: Vurandan sonra bıçaq qırıldı
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Z.Qasımov özünü qismən təqsirli bildiyini deyib. O söyləyib ki, hadisədən bir həftə əvvəl də mərhum Xəyal Məmmədovla mübahisə ediblər: "Xəyal klubda işləyirdi. İkimiz də kənd uşağıyıq. Kluba gedəndə ondan su istədim. "Gətirmirəm" dedi. Mübahisəmiz oldu. Birinci orda o, məni söydü. Mübahisə edəndən sonra ayrıldıq. Bir müddət sonra fikirləşdim ki, gəlsin onunla danışıb, bu məsələni aydınlaşdırım. Niyə belə etdiyini soruşdum. Yaxşı eləmişəm dedi. Orda da birinci mən onu söydüm və dava başladı. Vuruşanda o, cibindən bıçaq çıxartdı. Mən onu vuranda bıçaq əlindən düşdü. Bıçağı yerdən götürdüm, üstümə gələndə də Xəyalı vurdum".

Z.Qasımov Xəyal Məmmədovu öldürmək niyyətinin olmadığını deyib: "Mərhumu bıçaqla necə vurduğumu dəqiq xatırlamıram. Səhv eləmirəmsə bircə dəfə vurdum. Çünki sonra bıçaq qırıldı. Bıçağı yerə atandan sonra 3-4 dəqiqə də dava elədik".

Daha sonra mərhum X.Məmmədovun hüquqi varisi kimi tanınmış atası Qorxmaz Məmmədov ifadə verib.

O, ifadəsində təqsirləndirilən şəxsə və onun yaxınlarına qarşı xoşagəlməz ifadələr işlədib. Bu zaman məhkəmədə tərəflər arasında gərginlik yaşanıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib.

Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb.

Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Z.Qasımov X.Məmmədovu kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı dostunun döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər X.Məmmədovu xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi