Bakıda dostunu öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda dostunu öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
24 Aprel , 2017 12:39
Bakıda dostunu öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 24 aprel REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Laçın Teymurovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə L.Teymurov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 11-də Xətai rayonunda baş verib. Füzuli rayon sakini L.Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

Hadisədən sonra məlum olub ki, L.Teymurov avtomobili ilə F.Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub.

Bu vaxta qədər dostluq edən şəxslər zarafatlaşıblar. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu "zarafat" məqsədi ilə etdiyini deyib. Lakin L.Teymurov bu hərəkətdən əsəbləşib.

Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi