Bakıda dörd nəfər iki qardaşa qarşı quldurluq edib

Bakıda dörd nəfər iki qardaşa qarşı quldurluq edib Faktla bağlı cinayət işə başlanıb
Hadisə
22 Avqust , 2016 13:59
Bakıda dörd nəfər iki qardaşa qarşı quldurluq edib

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda quldurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, üçüncü Alatava küçəsi ev-258 ünvanının qarşısında Lerik rayon sakini 1987-ci il təvəllüdlü Nicat Allahverdiyev üç nəfər naməlum şəxslə birlikdə Masallı rayon sakinləri 1983-cü il təvəllüdlü Rasif Dövlətov və qardaşı 1985-ci il təvəllüdlü Rəşidə hücum edərək onları döyüblər.

Onlar daha sonra Rasif Dövlətovun 950 manat, Rəşid Dövlətovun isə 940 manat pulunu alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işə başlanıb.

Son xəbərlər

Orphus sistemi