Bakıda dönərxana kuryeri idarə etdiyi mopedlə mikroavtobusa çırpılıb - FOTO - VİDEO

Bakıda dönərxana kuryeri idarə etdiyi mopedlə mikroavtobusa çırpılıb - FOTO - VİDEO Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib
Hadisə
31 Mart , 2016 16:05
Bakıda dönərxana kuryeri idarə etdiyi mopedlə mikroavtobusa çırpılıb - FOTO - VİDEO

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda dönərxana kuryeri idarə etdiyi mopedlə mikroavtobusla toqquşub. "Report"un məlumatına görə, hadisə Xocalı prospektində, Ş.İ.Xətai metrosunun yaxınlığında baş verib. 

Belə ki, "Osmanlı" dönər evinin kuryeri işləyən moped sürücüsü sifariş yerindən qayıdarkən idarəetməni itirib və "Mercedes" markalı, 99 FS 458 dövlət qeydiyyat nişanlı mikroavtobusa çırpılıb. 

Hadisə nəticəsində mopedin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi