Bakıda doğum günündə binanın 8-ci mərtəbəsindən yıxılan gənc sağ qalıb

Bakıda doğum günündə binanın 8-ci mərtəbəsindən yıxılan gənc sağ qalıb 27 yaşlı gənc binanın həyətində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb
Hadisə
12 Noyabr , 2016 14:23
Bakıda doğum günündə binanın 8-ci mərtəbəsindən yıxılan gənc sağ qalıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Binəqədi rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılan 27 yaşlı gənc sağ qalıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Cəfər Xəndan küçəsi 42, mənzil 366 ünvanında baş verib. 

Belə ki, 1989-cu il təvvəllüdlü Cəmilov Cəlil Rafət oğlu ötən gecə yaşadığı evdə özünün ad gününü qeyd edib. Mərasim davam etdiyi vaxt gənc otaqdan eyvana çıxıb. C.Cəmilov ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. O, binanın həyətində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb. 

Ağır bədən xəsarətləri alan C.Cəmilov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi