Bakıda dərsdən qayıdan tələbəyə üç bıçaq zərbəsi vurulub

Bakıda dərsdən qayıdan tələbəyə üç bıçaq zərbəsi vurulub Hadisə Ramana qəsəbəsində baş verib
Hadisə
27 Dekabr , 2017 23:40
Bakıda dərsdən qayıdan tələbəyə üç bıçaq zərbəsi vurulub

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində, qohumlarının evində qalan 2000-ci il təvəllüdlü Həsənov Kamal Ramiq oğlu dərsdən qayıdarkən bıçaqlanıb.

Ona naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.

Qohumlarının dediyinə görə, K.Həsənov Bakıdakı ali təhsil müəssisələrindən birinin tələbəsidir və onlarda müvəqqəti qalır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi