Bakıda deputatın qohumu adı ilə vətəndaşa qarşı dələduzluq edən qadının apellyasiya şikayəti təmin edilməyib

Bakıda deputatın qohumu adı ilə vətəndaşa qarşı dələduzluq edən qadının apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
6 Fevral , 2017 10:36
Bakıda deputatın qohumu adı ilə vətəndaşa qarşı dələduzluq edən qadının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Əhmədovanın apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. O, Rüfət Əliyev adlı şəxsə Milli Məclis deputatlarından birinin qardaşı qızı olduğunu bildirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, N.Əhmədova 2009-cu ildə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi