Yuxarı

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Fatmayıda dörd, Bilgəhdə iki nəfər sudan çıxarılıb

Bakı. 15 iyul. REPORT.AZ/ Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Fatmayı” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Bu barədə "Report" Fövqaladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir. 

Həmin vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.

Analoji hadisə Xəzər rayonunda “Bilgəh” sularda xilasetmə postunun ərazisində qeydə alınıb. Belə ki, bu ərazidə batmaq təhlükəsi ilə üzləşəb 2 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi