Bakı. 25 dekabr. REPORT.AZ/ Bakıda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.
"Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayon sakini Könül Abbasova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.