Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda dəm qazından və dərmandan 3 nəfər zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yaşayan Fəridə Uzunova evində dəm qazından zəhərlənərək ölüb. Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Aynurə Heydərova dəm qazından, Şüvəlan qəsəbəsində yaşayan Səlminaz Məmmədova isə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərilib.
Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.