Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda dələduzluqla məşğul olan iki nəfər saxlanılıb.
Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2013-cü ildə Bakı şəhər sakini Habil Qasımovun etibarından sui istifadə edərək 2 100 manatını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvəllər məhkum olunan 1955-ci il təvəllüdlü Vidadi Əliyev tutulub.
Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi, 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Amil Əsgərov tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.