Yuxarı
    Bağlamaq

    ​Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

    O, 8 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Faiq Qazıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə F.Qazıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, F.Qazıyev Bakıda dələduzluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi