​Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

​Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Ona şərti cəza verilib
Hadisə
23 Dekabr , 2015 15:22
​Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qurban Kazımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Kazımov şərti cəzaya məhkum olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Kazımov tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi