Bakıda dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının hökmündən apellyasiya şikayəti verilib

Bakıda dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının hökmündən apellyasiya şikayəti verilib Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib
Hadisə
26 May , 2018 15:39
Bakıda dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının hökmündən apellyasiya şikayəti verilib

Bakı. 26 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Qurbanovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, V.Qurbanova vətəndaşdan 156 min manat alaraq qarşılığında ona aşağı kursla dollar verəcəyini vəd edib.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qurbanova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun himayəsində azyaşlı övladı olduğu üçün hökmün icrası övladının 14 yaşı tamam olanadək təxirə salınıb. Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, V.Qurbanova sabiq bank əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi