​Bakıda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

​Bakıda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 May , 2016 14:30
​Bakıda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1954-cü il təvəllüdlü Zərxanım Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Məmmədova ötən il dələduzluqda təqsirli bilinərək, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi