Yuxarı

​Bakıda dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Məhkəmə onun barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza hökmünü çıxarıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsurullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə İ.Vəliyevaya 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Vəliyeva dələduzluqda təqsirli bilinib. O, ötən il Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

İ.Vəliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi