Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda dələduzluqa məşğul olan qadın saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 17-də Bakıxanov qəsəbəsində Ordubad rayon sakini Səbuhi Sadıqovun mobil telefonunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.
Faktla bağlı araşdırma aparılır.