Yuxarı

Bakıda dayısının evindən 40 min manat oğurlayan şəxs tutulub

Nilufər Əhmədov mayın 5-də Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat oğurlayıb

Bakı. 13 may. REPORT.AZ/ Bakıda qohumunun evindən oğurluq etmiş şəxs tutulub. 

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də Bakı şəhər sakini Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat pul oğurlayan qohumu Nilufər Əhmədov tutulub.

Qeyd edək ki, N.Əhmədov A.Məhərrəmlinin bacısı oğludur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi