Bakıda dayısı oğlunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda dayısı oğlunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
23 May , 2017 15:55
Bakıda dayısı oğlunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Quliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında N.Quliyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentaybrın 26-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. 21 yaşlı N.Quliyevin dayısı oğlu Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev M.Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. N.Quliyev həmin ərazidə dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə endirib və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.

Hadisədən sonra N.Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi