Qeyd edək ki, səhər saatlarında Xətai rayonunun Süleyman Vəzirov küçəsi-22 ünvanında yerləşən hündürmərtəbəli binada da yanğın baş verib.
Bakıda daha bir çoxmərtəbəli binada yanğın olub, 14 nəfər təxliyyə edilib
Hadisə
7 Noyabr , 2014
15:44
https://static.report.az/photo/c3b8d193-9e26-488a-bcc1-94925e62bb9f.jpg
Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda daha bir çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. “Report” FHN-in saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində 9 ədəd elektrik sayğacı yanıb. Yanğın, yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb. Yanğınsöndürənlər hadisə yerinə çatan zaman blokda qatı tüstülənmə olduğundan 14 nəfər bina sakinini, o cümlədən 6 nəfər azyaşlı uşaq təxliyyə olunub.