Bakıda daha bir marşrut avtobusu qəza edib

Bakıda daha bir marşrut avtobusu qəza edib ​Bakıda daha bir marşrut avtobusu qəza edib
Hadisə
2 Aprel , 2019 12:21
Bakıda daha bir marşrut avtobusu qəza edib
0 : 00
0 : 00

Bu gün saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10TG992 DQN-li avtobusun iştirakı ilə qəza olub. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir ki, avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib. Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib. 

"Hadisə nəticəsində xəsarət alan yoxdu. Məsələ diqqətimizdədi, müvafiq araşdırma aparılır", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi