​Bakıda çoxsaylı oğurluqlar törətmiş şəxs tutulub

​Bakıda çoxsaylı oğurluqlar törətmiş şəxs tutulub O, avtobuslarda cibgirlik də edib
Hadisə
9 Dekabr , 2014 11:11
​Bakıda çoxsaylı oğurluqlar törətmiş şəxs tutulub

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı şəhər Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, 8-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il oktyabrın 15-də, A.İsmayılov küçəsində Gülnar Əzizovaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Şahlar Şahbazov tutulub.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Şübhəli şəxs ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, yanvarın 23-də Bakı şəhər sakini Solmaz Abdullayevanın əl çantasından 200 manat, iyunun 16-da A.İsmayılov küçəsində Aytəkin Sultanovaya məxsus əl çantasından 65 manat, şəxsi sənədləri, mayın 21-də Y.Mürsəlov küçəsində Rəşad Ələsgərova məxsus mənzilin pəncərənin nəfəsliyindən keçmək yolu ilə qızıl-zinət əşyaları, iyunun 10-da Xanlar küçəsində Səbinə Babayevanın mənzilindən, eyvanın açıq qapısından keçməklə 500 manat, qızıl-zinət əşyaları və fotoaparat, iyulun 4-də Y.Mürsəlov küçəsində Bəsirə İlyasovanın mənzilinin pəncərəsindən keçməklə 160 manat və qızıl-zinət əşyaları, iyulun 8-də A.İsmayılov küçəsində Cəmil Rüstəmova məxsus mənzildən 48 manat və mobil telefon, avqustun 1-də E.Əzizov küçəsində Ramil Aslanovun evində, qapının kilidini sındırmaqla 500 manat, sentyabrın 24-də Badamdar şosesində Bəhruz Hüseynovun evindən 500 manat, 1 ədəd qızıl üzük, elektron cihazlar, oktyabrın 29-da Bibiheybət döngəsində yaşayan Rəsul Rəsulovun evindən, açıq qapıdan keçməklə elektrik cihazlarını oğurlamaqla talançılıq əməlləri törədib. O da müəyyən olunub ki, Ş.Şahbazov təkcə mənzilləri talamaqla kifayətlənməyib, iyulun 24-də saat 207 saylı xətt avtobusunda, Bakı şəhər sakini Adil İmanovun cibindən 900 manat, iyulun 31-də Lerik rayon sakini İmran Şahıyevin cibindən 850 manatı cibgirlik yolu ilə mənimsəyib.

Son xəbərlər

Orphus sistemi