Yuxarı

Bakıda çoxsaylı cinayətlər törədən dəstə üzvünün başqa cinayətinin də üstü açılıb

Hazırda istintaqa məlum olan faktlarla bağlı araşdırmalar davam etdirilir

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda çoxsaylı quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törədən 3 nəfərlik dəstənin bir üzvü - 24 yaşlı Samir Yadigarovun başqa cinayətinin də üstü açılıb. Nərimanov Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, S.Yadigarov bu ilin oktyabr ayının 25-də idarə etdiyi "Vaz 2106" markalı avtomaşınla Ziya Bünyadov prospektində hərəkətdə olan zaman Xeyrulla İbadovun idarə etdiyi "Opel" markalı avtomobillə toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə düşüb. S.Yadigarov maşında olan dəmir alətlə "Opel"in sürücüsü X.İbadovun boğaz nahiyəsinə vuraraq onu yaralayıb. Yaralı təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Qeyd olunan bu faktdan sonra Nərimanov RPİ-yə gətirilən S.Yadigarovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Yevlax rayonunda anadan olan 27 yaşlı Rəhman Məmmədov və  Muxtar Rəhimovla birgə Bakı şəhəri ərazisində etdiyi cinayətlərinin də üstü açılıb.

Hazırda istintaqa məlum olan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi