Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyyə edilib Bakı. 3 yanvar. REPORT.AZ/ Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə
3 Yanvar , 2019 20:11
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyyə edilib

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi