Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO Binadan 61 mənzilin sakinləri təxliyə olunub
Hadisə
197
5 Aprel , 2016 13:10
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub. "Report"un məlumatına görə, hadisə Xətai rayonunun S.Vəzirov küçəsində 17a binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xətai Rayon Yanğından Mühafizə Xidmətinin (YMX) yeddi yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 

İlkin ehtimallara görə, yanğın elektrik kabellərinin yerləşdiyi şaxtada baş verib. Binadan 61 mənzilin sakinləri təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi