Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə
18 Mart , 2019 09:24
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
0 : 00
0 : 00

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospekti-29 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, binanın 12-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində qısaqapanmadan yanğın olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri, Xətai rayon Dövlət yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, bəzi məişət əşyaları yanıb və mənzilə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi