Yuxarı
    Bağlamaq

    Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 sakin təxliyə edilib

    Yanğın saat 00.33-də söndürülüb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi əriyib.

    Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə edilib.

    Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi