Bakıda çörək sexinin sahibini öldürən fəhlənin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda çörək sexinin sahibini öldürən fəhlənin şikayəti əsasında məhkəmə başlayıb Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
23 Aprel , 2019 11:36
Bakıda çörək sexinin sahibini öldürən fəhlənin şikayəti əsasında məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri NZS qəsəbəsində baş verib. İ.Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi