Bakıda çoban güllələnib

Bakıda çoban güllələnib O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
3 Oktyabr , 2017 15:19
Bakıda çoban güllələnib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda çoban güllələnib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Rəhimov Mirşah Ağaşah oğlu odlu silahdan açılan atəş nəticəsində sağ ayaq nahiyəsindən yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin motivi hələ ki, bəlli deyil.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, M.Rəhimov çobanlıq fəaliyyəti ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi