Bakıda civəni 100 min manata satan şəxslər tutulub

Bakıda civəni 100 min manata satan şəxslər tutulub 1 kiloqram 730 qram (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar
Hadisə
27 Yanvar , 2017 11:09
Bakıda civəni 100 min manata satan şəxslər tutulub

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda civəni 100 min manata satan şəxslər tutulub.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşən Quliyev və Xəqani Məmmədov 1 kiloqram 730 qram (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi