Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda cibgirliklə məşğul olan qadın həbs edilib. Nəsimi Rayon Polis İdarəsindən (RPi) "Report"a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində 47 yaşlı Esmira Əmirova saxlanılıb. O, paytaxt ərazisində insanların çox olduğu ictimai nəqliyyatlarda cibgirliklə məşğul olduğunu etiraf edib.
Faktla bağlı E.Əmirova barəsində Nəsimi RPİ-də cinayət işi başlanılıb, istintaq gedir.
Qeyd edək ki, Sumqayıt Şəhər sakini olan E.Əmirova indiyə qədər eyni cinayət əməllərinə görə iki dəfə həbsdə olub.