Yuxarı

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb

Şübhəli şəxsin üzərindən tiryək aşkar olunaraq götürülüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

BŞBPİ Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli olan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Mehman Məhəmmədəli oğlu Qurbanov tutulub. Şübhəli şəxsin üzərindən 1,787 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi